Necə xəlq edibdir səni təbiət?
Gözəldən gözəlsən, gülər üzlü qız.
Qəlbində yurd salıb üdvi məhəbbət,
Gözəldən gözəlsən, gülər üzlü qız.
«Gülər üz» sözü var sənin adında,
Alışıb-yanma çən eşqin odunda,
Gəl əhdi-peymanı saxla yadında,
Gözəldən gözəlsən, gülər üzlü qız.
Doymaq olmur söhbətindən, sözündən,
Fikirlisən, kədər yağır üzündən,
Hardan tapım sənə layiq sözü mən?
Gözəldən gözəlsən, gülər üzlü qız.
Düşür yada yenə nəğmə, yenə söz,
Çox yaraşır sənə nəğmə, sənə söz,
İncə kimi nəğmələri sapa düz,
Gözəldən gözəlsən, gülər üzlü qız.
Əli Vəkil qələm aldı, neyləsin?
Adını şeirinə saldı, neyləyin?
Baxıb xəyallara daldı, neyləsin?
Gözəldən gözəlsən, gülər üzlü qız.
17 sentyabr 2000