Gülüm

Səni düşünürəm, səni, mən indi,
Qəlbimdə yerin var, yerin var, gülüm.
Məndən uzaq dolanırsan sən indi,
Olmusan ömrümdə ilk bahar, gülüm.

De, kimdir sənintək belə mehriban,
Danışa mehriban, gülə mehriban,
Gözünün yaşını silə mehriban,
Harada tapılar belə yar, gülüm?

Əlinin elinin dirəyi sənsən,
Köksündə döyünən ürəyi sənsən,
Baharı, gülşəni, çiçəyi sənsən,
Yaradan qoy olsun bizə yar, gülüm.

1986