Günəş və ay

Ay düşünüb bir qədər
Belə dedi Günəşə:
– Dostum, dinlə bir məni,
Diqqət elə bu işə.
– Qüdrətin yox mənimtək
Nur yayasan gecə sən.
Bilmədi ki, özü də
İşıq alır Günəşdən.