Əkiz bacıdır Gülnazla Gülyaz. Biri-birindən Ayırmaq olmaz.
Gülnaz yuyunub Güzgü istədi. Anası ona Belə söylədi:
– Qulaq as mənə, Qəşəng Gülnazım. Sizə həyatda Güzgü nə lazım?
Haradan tapım Güzgünü sizə? Dayanıb baxın Bir-birinizə.