Bu gün gözəl bayramdı –
Səkkizi Mart bayramı.
Arzular ümmanında
Şadlanıb gülür hamı.
Hədiyyə axtarıram
Mən də başqalarıtək.
Ana məhəbbətilə
Vurur sinəmdə ürək!
Nə alım anam üçün?
Nə bəxş edim, bilmirəm?
Xəyallara dalıram,
Ürəyimi üzür qəm.
Əgər bütün dünyanı
Hədiyyə versəm ona,
Bərabər ola bilməz,
Bir gündə mənim üçün
Keçirdiyi hissinə,
Sonsuz iztirabına.
Çiçək alım mən sənə,
Qoy həyatın onuntək
Hər vaxt təzə-tər olsun.
Al günəşi, ay ana,
Sənə töhfə gətirim,
Ömrün-günün həmişə
İşıqlı səhər olsun!
Bayram hədiyyəm budur,
Övladların cahanda
Xoşbəxt, bəxtəvər olsun!
7 mart 1977