Əlvida demirəm

Bu ayrılıq mənə çətin olacaq,
Əlvida, demirəm, görüşənədək.
Həsrətdən, ürəyim, gözüm dolacaq,
Əlvida, demirəm, görüşənədək.

Qalacaq söhbətin, sözün yadımda,
Qəlbimi oxşayan gözün yadımda,
Gülüşün yadımda, üzün yadımda,
Əlvida, demirəm, görüşənədək.

Sevinci, kədəri birgə bölmüşük,
Sevginin qədrini birgə bilmişik,
Birgə qüssələnib, birgə gülmüşük,
Əlvida, demirəm, görüşənədək.

Həyatda mümünmü sənsiz yaşamaq?
Xəyalınla əmr edirəm mən ancaq,
Olammaram damağı çağ, kefi çağ,
Əlvida, demirəm, görüşənədək.

Əli Vəkil, sədaqətdən yaz barı,
Sevənlərə qismət olsun yaz, barı,
Gül-çiçəkdən aşiqlərə yaz barı,
Əlvida, demirəm, görüşənədək.

12 fevral 2002