Hər gün məni yad edib anan varsa, nə dərdim

Hər gün məni yad edib anan varsa, nə dərdim,
İşarədən mətləbi qanan varsa, nə dərdim.

Çoxdur gülərüzlülər, mənə sadiq yar gərək,
Məhəbbətin oduna yanan varsa, nə dərdim.

Gözəllər çox dünyada, mənən gözəl yar hanı?
Üzü, gözləri gülər canan varsa, nə dərdim.

Bu misralar yazılıb nazlı yarın eşqinə,
Bağda gül budağına qonan varsa, nə dərdim.

Sözün vurğunu çoxdur, yazıb-yaratmaq gərək,
Nəğməmi din-imanı sanan varsa, nə dərdim.

Şeirimi ünvanladım sədaqətli insana,
Həyəcandan, həsrətdən donan varsa, nə dərdim.

Həqiqi məhəbbətin yolçuları aşiqlər,
Əli Vəkil adında Sənan varsa, nə dərdim.

12.08.2002