İçərişəhər

Burda məskən salıbdır
Tarixin daş yaddaşı.
Min illərin şahidi
Hər döngəsi, hər daşı.

Harada vardır deyin,
Şəhər içində şəhər.
Görəni heyran edir
Ən qədim, dar küçələr.

Onun şöhrət tacıdır
Şirvanşahlar sarayı.
Səma altında muzey –
Dunyada yoxdur tayı.

Qala divarlarına
Diqqət ilə baxın siz.
İrçəri daxil olub
Nələr görəcəksiniz.

Nağıllar aləmidir
Yer üzündə təkdir o.
Hələ neçə qonağı
Məftun edəcəkdir o.

İllərin yadigarı
Məscidlər, minarələr.
Ulu əcdadlarımız
Görün yaradıb nələr?

Babalardan yadigar,
Töhfə – İçərişəhər.
Usub başı üstündən
Min illər, qərinələr.

Nə yaxşı ki, hər yerdə
Salmışıq silinməz iz.
Keçmişimdən töhfədir
İçərişəhərimiz.

15 oktyabr 2005