Atam deyir ki,
İki anam var.
Sevimli olur
Bütün analar.
Biri dünyaya
Gətirib məni.
Layla deyibdir
Bütün gecəni.
Dinləyib onu
Sevinmişəm mən.
Çıxan deyiləm
Heç vaxi sözündən.
İkinci anam –
Odlar diyarı –
Azərbaycandır.
Dağlı-aranlı,
Bağlı-bağatlı,
Gözəl məkandır.
Hər iki anam
İsti qoynunda
Bəsləyir məni.
Eli sevməyə,
Bəxtiyarlığa
Səsləyir məni!