İnan

Ömrün yollarında sirdaşım oldun,
Eşqinin oduna yanmışam, inan.
Könlümün həmdəmi, siir daşım oldun,
Hey səni düşünüb, anmışam, inan.

Yolların enişi, yoxuşu vardır,
Bir alın yazısı, bəxt quşu vardır,
İlin həm baharı, həm qışı vardır,
Vaxt olub şaxtada donmuşam, inan.

Ömür-gün yoldaşım, vəfalı yarım,
Üç oğul anası, eşqim, vüqarım,
Çoxdur ürəyimdə, çox arzularım,
Dərdimi gizlədib, danmışam, inan.

Həyat yollarında verdik əl-ələ,
Öndə keçiləcək yox çoxdur hələ,
Əlvida desək də ötən hər ilə,
Xəyalən zirvəyə qonmuşam, inan.

Üz tutub sabaha gəl qoşa gedək,
Bu ömrü bir vuraq, bir başa, gedək,
Baxmayaq nə ömrə, nə yaşa, gedək,
Mən səni bələdçim sanmışam, inan.

10 yanvar 2002