İstəyir

Qarpızı görən kimi
Vüqar bıçaq istəyir.

Alma verir nənəsi,
Dərhal soy, yeyək, deyir.

Kəndə qonaq gedəndə
Süd versin inək, deyir.

Hörükdə at görən tək
Gəl minib sürək, deyir.

Axar gur çay gördümü,
Soyunub çimək, deyir.

Göstərərək nənnini,
Bir az yellənək, deyir.