İstəyirəm

 

Qəlbim qəfəsdə quşdu bil,
Səni görmək istəyirəm.
Dolansa ay, ötsə də il,
Səni görmək istəyirəm.

Oldun mənim ruhum, canım,
Gül üzünü hər gün anım,
Həsrətindən çoxmu yanım?
Səni görmək istəyirəm.

Qarşıma çıxdığın gündən,
Getmirsən gözüm önündən,
Necə dözüm, tablaşım mən,
Səni görmək istəyirəm.

Gülüm, daim ol yanımda,
Gəl əbədi qal yanımda,
Hər an danış, gül yanımda,
Səni görmək istəyirəm.

Xoş sös deyən hanı, yarım?
Gəl bəxş et dünyanı, yarım,
İncitmə bu canı, yarım,
Səni görmək istəyirəm.

20 sentyabr 2000