Kəndə məktub

«Salam, ay nənə,
Salam, ay baba!
Sizin məktubu
Poçt qutusuna
Gərək mən özüm
Salam, ay baba!

Sağ və salamat
Yaşayırıq biz.
Çox darıxırıq
Burada sizsiz.

Məzuniyyətə
Çıxanda atam,
Gəlməliyik biz
Sizi görməyə.
Bağçanızdakı
Qızıl almadan,
Nardan dərməyə.

Sağ ol, ay nənə,
Sağ ol, ay baba!
Sağlıqla qalın,
Öpürəm sizi.
Bərk-bərk sıxıram
Əllərinizi.
Sizi heç zaman
Unudan deyil
Nəvəniz Emil».

Birizsin nə var?
Emilin hələ
Altıdır yaşı.
Məktubu yazdı
Onun adından
Böyük qardaşı.