Kənddə qış

Bəxtiyarı atası
Qışda gətirdi kəndə.
Çaylar buz bağlayanda,
Dağlara qar düşəndə.

Maraqla baxdı oğlan,
Baxdı kənddə hər yana.
– Üstündən yol salıblar,
Bəs çay hanı, ay ana?

– Şaxtadan buz bağlayıb
Yayda gördüyün çay da.
Qışın oğlan çağıdır,
Soyuq olur bu ayda.

– Qış bizi də dondurar,
Niyə gəldik, ay ana?
Yayda qaçıb gedirdim
Biçənəyə, bostana.

Qoy aya olsun mən yenə
Çiçək yığım dağlardan.
Çəmənlikdə otlayan
Keçimi tapım hardan?

Görünmür çayın suyu,
Buzu sındır baxım mən.
Qaça-qaça keçərdim
Yayda o daş körpüdən.

Qar örtüb hər tərəfi,
Nə yeyir bəs heyvanlar?
– Qışın tədarükünü
Yayda görübdür onlar.

– Ana, çağır yaz gəlsin,
Gedək bulaq başına.
Qaçıb çıxım yenə də
Qayaların qaşına.

– Mənim ağıllı oğlum,
Çox yağmasa qışda qar.
Yazda gül açmaz dağlar,
Məhsul verməz tarlalar.

O qar deyül, elə bil
Əlvan güldür, çiçəkdir.
Bu gün yağan çoxlu qar,
Sabah məhsul deməkdir.