Yeni ilim xoş gəldi,
Yaş üstünə yaş gəldi,
Yaşamaq nə gözəldi –
Ömür bizə amanat.
Göyçəmizdən aralı,
Ürəyimiz yaralı,
Günlər ağlı, qaralı –
İşgəncədi bu həyat.
Hey əsir, coşuruq biz,
Guya dağ aşırıq biz,
Bəlkə yarışırıq biz –
Meydançadı kainat.
Qəzəb, niyrət ürəkdə,
Saf məhəbbət ürəkdə,
Arzu, dilək ürəkdə –
Elə gərəkdir Qırat.
Əli Vəkil qonaqdı,
Xəyanətdən uzaqdı,
Fəxr eləmək nahaqdı –
Hünər göstər, kama çat!
28 dekabr 2002