Bağçada bir oynayır
Aysel ilə Gülyanaq.
Bilmədilər bu dostlar
Deyişsinlər nə sayaq?
Aysel dedi: qardaşım
Yaman qoçaq oğlandı.
Yaşıdları yıxammaz,
Elə bil pəhləvandı.
– Neçə yaşı var onun?
Xəbər alır Gülyanaq.
Bu ay qurtaran kimi
Yeddi yaşı olacaq.
– Aysel, elə mənim də
Qardaşım o yaşdadır.
Azər yaman dəcəldir,
Hər güləşdə başdadır.
Aysel inamla deyir:
İlkin Azəri yıxar.
Gülyanaq təkid edir,
Azərdə fil gücü var.
İlkindən deyir Aysel,
Tərs gəlirdi sözləri.
Tərif etdi doyunca
Gülyanaq da Azəri.
Qızlar qardaşlarını
Qəhrəman sayırdılar.
İlkinlə Azər bu dəm
Futbol oynayırdılar.
15 avqust 1985
Pidsunda