Köç, ay dərzi, durma sən boş-boşuna

Köç, ay dərzi, durma sən boş-boşuna,
Tezcə iynəsini sancdı başına.
İynəsi dərzinin silahıdır, bil,
Sadiqdir iynəyə – qəlb sirdaşına.

Amandı, sən bişmiş aşa su qatma,
Gəl plovu – dadlı aşı islatma.
Kimlərisə doyduracaq bişmiş aş,
Gəl sulu aşını kiməsə satma.

Uşaq batmaz bir də batdığı yerə,
Yükünü belindən atdığı yerə.
Nə qədər istəsən, çubuqla onu,
Batarmı başına oyun gətirə?

Su çanağı suda sınar bilir el,
Su bol olsa, sevinər el, gülər el.
Çanağını heç vaxt suda sındırmaz,
Harda olsa, su dalınca gələr el.

Vallah, mənim gözüm ondan su içmir,
Göz də dumanlanır, kimsəni seçmir.
Əyri yolun yolçusu heç vaxt, inan,
Həqiqət axtarıb düz yoldan keçmir.

Adam isti-isti döyər dəmiri,
Əymək lazım gəlsə əyər dəmiri.
Çəkic, zindan gərək olur həmişə,
Dəmirçi tapılmır məyər dəmiri?

Kababı köz yandırar, adamı söz,
Tənəli sözlərə bacarırsan döz.
Söz xəncərdən iti olur həmişə,
Ağır söz ürəkdə lap köz olur, köz.

Kor atın, bilin, kor nalbəndi olar,
Kor at kor nalbəndin əlində qalar.
Bilmək olmur bu dünyanın sirrini,
Bu aləmdə belə-belə işlər var.

İt itin ayağını basmaz axı,
Nə də olsa itdə görün günahı.
Ayağını basmayırsa it itin,
İt olacaq yenə itin pənahı.

Tazıya tut deyir, dovşana da qaç,
Bacarırsan belə ovdan gəl baş aç.
Ovçuluğun sirri çoxdur həyatda,
Ovçuluq et, barı öyrən, bil, baş aç.

Hənək-hənək, oldu sonu dəyənək,
Elə isə gəl hənəkdən sən əl çək.
Xoşdur insan bir-birini anlasa,
Dəyənək nə lazım, təmizsə ürək.

Əkəndə yox, biçəndə yox, işin yaş,
Bəs niyə yeyəndə ortaqsan, qardaş?
Zəhmətsiz çörəyi tapmaq çətindir,
Əkib-becərmək olmur bəs asan, qardaş.

Çörəyi ver çörəkçiyə, uf, demə,
Bir çörək də lap hədiyyə, uf, demə.
Çörəyin qədrini çörəkçi bilər,
Kim deyir ki, halal çörəkdən yemə?

Axı ötgün olar ağıl ağıldan,
Həm də ki,ə fərqlənir nağıl nağıldan.
Ağıla arxalan, ağıllı ol sən,
Oxusun, nağıla uymasın insan.

Nə olub it yiyəsini tanımır?
Kəndli məgər düyəsini tanımır?
Bir də görürsən ki, həyatda insan
Doğmasını, öyəsini tanımır.

17 sentyabr 2002