Kökə

Rizvan dəcəldir yaman,
Bir az göz olun ondan.
Qaçdı çəpişi görcək,
Ayanları sürüşdü.
Yer də tamam palçıqdı,
Görün nə kökə düşdü.
Üzüüstə yıxılanda
Əlindən kökə düşdü.