Küsdün, gülüm?

Söz verib niyə gəlmədin?
Yoxsa məndən küsdün, gülüm?
Uçmuşdun göyə, gəlmədin?
Yoxsa məndən küsdün, gülüm?

Yerə baxdım, göyə baxdım,
Gələcəksən deyə, baxdım,
Vallah dəli olacaqdım,
Yoxsa məndən küsdün, gülüm?

Aşiq dəqiq olsun gərək,
Söz verdimi, gəlsin gərək,
Həsrətinə dözmür ürək,
Yoxsa məndən küsdün, gülüm?

Əli Vəkil sözə sadiq,
Bir cüt ala gözə sadiq,
Olaq əhdimizə sadiq,
Yoxsa məndən küsdün, gülüm?

4 noyabr 2000