Əlac yazadır…

Sərt şaxtadan dondu qanım,
Əlac yazadır, yazadır.
Əsiriyəm necə dannım?
Meylim sazadır, sazadır.

Mən sevirəm düz dünyanı,
Od dünyamı, köz dünyamı,
Unutmaram söz dünyamı –
Ümid sözədir, sözədir.

Bu, nə dövran, nə zamandır,
Qorxmazları susdurandır,
Güllələndim, sinəm qandır,
Yaram təzədir, təzədir.

Dilarəylə Aydın hanı?
Duymaq çətin bu dünyanı,
Ödməzlərin axdı qanı,
Bu, nə qəzadır, qəzadır?

Qorxu bilməyib ulumuz,
Uçurumdur sağ-solumuz.
Dağlardan keçir yolumuz,
Yönüm düzədir, düzədir.

12 may 1991