Layla istəyir

Axşam düşübdür çoxdan,
Uşaqlar yatıb yenə.
Ana nağıl danışır
İlkinə – Sevincinə.

Yaman kürlük eləyir,
Niyə yatmır qız bu gün?
Ana nağıl deməsə,
Qalar yuxusuz bu gün.

Dünən Lnyla nənəsi
Qonaq gedibdir kəndə.
Dil açmayıbdır Sevinc
Deyə: – Gedirəm mən də.

Axı nə bilsin ana,
Sevinc nənə istəyir!
Nənənin laylasını
Yenə, yenə istəyir!