Məhəbbətdə…

Gözəl xəlq eləyib yaradan səni,
Gülüm, saf niyyətdə sına sən məni.
Sayırlar sevdiyin yara dan səni,
Gülüm, sədaqətdə sına sən məni.

Sənin də öz arzun, öz aləmin var,
Payız aləmin var, yaz aləmin var.
Ürəyində sevincin var, qəmin var,
Gülüm, dəyanətdə sına sən məni.

Fikirlisən, qayğılısan nədənsə,
Qəlbdən sevmək deyil asan, nədənsə,
Od olursan, buz olursan nədənsə?
Gülüm, nəcabətdə sına sən məni.

İlahidən səda gəldi, söz gəldi,
Söz yerində deyiləndə gözəldi.
Əli Vəkil, hər aşiqdə əzəldi,
Gülüm, məhəbbətdə sına sən məni.