Dünən sevib-sevildi
Asif ilə Təranə.
«Hə» söylədi yarına
Gülə-gülə Təranə.
Toy şənliyi başlandı,
«Vağzalı» dindi bir gün.
Təbrik etdi qohumlar,
Hamı sevindi bir gün.
Təmiz eşqin bəhrəsi –
Gözəl İlkin doğuldu.
Kiçik qardaş Samir də
Dəyərli töhfə oldu.
Ürəklərində nəğmə,
Dillərində təranə.
İlkin, Samir böyütdü
Asif ilə Təranə.
Bir az ərköyun İlkin
Ağıllı, şən oğlandı.
Mahnıları xoşlayan,
Şeiri sevən oğlandı.
Ən böyük qardaşından
Geri qalmır Samir də.
Şeirləri, nəğməni
Deyir dinləyim bir də.
Doğruldacaq qardaşlar
Ata, ana adını.
Hamı sevir ürəkdən
Öz doğma övladını.
Ot kökü üstə bitər,
Belə bir misal da var.
Sabah baş ucaldacaq
Bu mehriban qardaşlar.
Bir gün çalınacaqdır
İlkin və Samir toyu.
Xoşbəxt yaşayacaqdır
Onlar da ömür boyu.
21 avqust 1999