Məlahətlisən

 

Bəd nəzərdən qorusun səni Yaradan,
Pərim, gör necə də məlahətlisən.
Üzünə baxanda sarsılır insan,
Pərim, gör necə də məlahətlisən.

Gül açsın həyatda, gül açsın bəxtin,
Eşqin sınağında mətin ol, mətin,
Saralıb-solmasın saf məhəbbətin,
Pərim, gör necə də məlahətlisən.

Sənin də öz arzun, öz diləyin var,
Fərəhli günlərin, gələcəyin var,
Ülvi gözəlliyin, pak ürəyin var,
Pərim, gör necə də məlahətlisən.

Kamalın dərindir, saf eşqin ümman,
Az olur sənin tək ilahi canan,
Əhdinə sadiq ol, sadiq ol hər an,
Pərim, gör necə də məlahətlisən.

Bu nəğməni yazdıran sən, yazan sən,
Dərdi-qəmi ürəyimdən pozan sən,
Əli Vəkil, əhsən dedi, min əhsən!
Pərim, gör necə də məlahətlisən.

10 iyul 2002