Mənə

Öyrənmişəm səsinə,
Baxmaram özgəsinə,
Dərdinə gərrəm sinə,
Xoşsifət göstər mənə!

Məhəbbətim ümmandır,
Bir onu duy amandır,
Demirəm oda yandır,
Bəxş elə səhər mənə!

Yanımda olsan əgər,
Yox olar hicran, kədər,
Ürəkdən sevməyənlər
Gülməsin hədər mənə!

1971