Mən dostluq istəyirəm

Nənəm mənə həmişə
Heyvanlardan daeışar.
Meşə sakinlərinin
Maraqlı dünyası var.

Dərhal tutub parçalar
Xallı pələng maralı.
Ceyranlar da bəbirdən
Gərək gəzsin aralı.

Canavar çox sevinər
Tuta bilsə qoyunu.
Sürüyə soxulanda
Gəl oradan qov onu.

Tülkü boğar toyuğu
Əgər düşsə əlinə.
Sevinər o hiyləgər
Ət dəyəndə dilinə.

– Bir görün evimizdə
Nə çoxdur oyuncaqlar?
Filim, tülküm, xoruzum,
Dələm, qonur ayım var.

Canavarım, pələngim,
Köhlən atım, maralım.
Atam deyir: – Ay oğlum,
Nəyin yoxdur de, alım.

Saxlayıram həmişə
Onları bir yerlə mən.
Mehriban yaşayırlar,
Çıxmayırlar sözümdən.