Mənə gəlsin

Dərddən, qəmdən uzaq ol sən,
Ağrın, acın mənə gəlsin.
Sevinclə baş-başa qal sən,
Ağrın, acın mənə gəlsin.

Kədərlənsən, ağrı duysan,
Dərhal məni yanında san,
Qəm eləmə sən bircə an,
Ağrın, acın mənə gəlsin.

Dərdim saydım hər dərdini,
Özgə kim çəkər dərdini?
Buldum sərasər dərdini,
Ağrın, acın mənə gəlsin.

Ürəyini duyan oldum,
Dərman, məlhəm qoyan oldum,
Demə səndən doyan oldum,
Ağrın, acın mənə gəlsin.

Olmalısan üzü gülər,
Əli sənə xoş gün dilər,
Dözümlü olur kişilər,
Ağrın, acın mənə gəlsin.

30 yanvar 2003