Mənəm mən

Ömür-gün yoldaşım Göyərçinə

Ömrün yollarında sirdaşım oldun,
Eşqinin oduna yanan mənəm, mən.
Könlümün həmdəmi, sir daşım oldun,
Hey səni düşünüb mənəm, mən.

Yolların enişi, yoxuşu vardır,
Bir alın yazısı, bəxt quşu vardır,
İlin həm baharı, həm qışı vardır,
Şaxtada, boranda donan mənəm, mən.

Ömür-gün yoldaşım vəfalı yarım,
Üç oğul anası eşqim, vüqarım,
Çoxdur ürəyimdə, çox arzularım,
Dərdini gizlədib danan mənəm, mən.

Həyat yollarında verdik əl-ələ,
Öndə keçiləcək yol çoxdur hələ,
Əlvida, desək də ötən hər ilə,
Xəyalən zirvəyə qonan mənəm, mən.

Üz tutub sabaha gəl qoşa gedək,
Bu ömrü bir vuraq biz başa, gedək,
Baxmayaq nə ömrə, nə yaşa, gedək,
Səni öz bələdçim sanan mənəm, mən.

10 yanvar 2002