Bizim ulu dünyamızda,
Qarlı qışda, güllü yazda,
«Göyçəgülü» çalıb sazda,
Könlünü alan mən olum.
Məndən küsüb, inciyəndə,
Sözüm qəlbinə dəyəndə,
Hicran qapını döyəndə,
Qeydinə qalan mən olum.
Yad eləyim hər sözünü,
Hey gülər görüm üzünü,
İki qəlbin eşq sazını
Kökləyib çalan mən olum.
Söz salıram ülfətindən,
Necə doyum axı, səndən?
Xoşdur, gülüm, həsrətindən
Saralıb, solan mən olum.
Əli Vəkil yazı gözlər,
Könül varı sözü gözlər,
Bir cüt odlu gözü gözlər,
Dərdini bölən mən olum.
2 aprel 2000