Bizə beşik olan dünya,
Hey boşalan, dolan dünya,
Qılıncını çalan dünya
Qoya bilməz ağlar məni!
Gəlib-gedəndən biriyəm,
Qismətimdir sevinclə qəm,
Gözəlliyin əsiriyəm,
Ala gözlər yoxlar məni!
Bir səs gəlir: «Qürrələnmə»,
Eşq oduna yanıb sönmə,
Bir Göyərçin – göydən enmə
Bu dünyaya bağlar məni!
Latviya. Yurmala.
11 oktyabr 1982