Mə­nim gö­züm yar­da­dı

Yar­da­dı,
Mə­nim gö­züm yar­da­dı.
Dil­də, da­maq­da qa­lır
Yar ləz­zə­ti, yar da­dı.

Ala, yar,
Ürə­yi­mi ala yar.
Mə­nə kö­nül ve­rən­də
Kaş söy­lə­yə: “Al, a yar”.

Yar adı,
Yad­da qa­lar yar adı.
Bir də gör­düm həs­rət­dən
Vur­ğun kön­lüm ya­ra­dı.

Gül bəs­di,
Top­la­dı­ğın gül bəs­di.
Sə­ni yol­dan ey­lə­yən
Eş­qə sa­diq Gül­bəs­di.

Qön­çə gül,
Bağ­da çox­du qön­çə gül.
Tə­zə-tər gü­lə bən­zər
Gül­tək açan Qön­çə­gül.

Gül gə­zə,
Ya­rım bağ­da gül gə­zə.
Bir­cə də­fə gör­mək­lə
Aşiq ol­dum Gül­gə­zə.

Əl­çim­di,
Yun da­ra­nıb əl­çim­di.
Yar mə­nə sa­lam ver­di,
Əl isin­di, əl çim­di.

Gül bə­yaz,
Gül qır­mı­zı, gül bə­yaz.
Əh­din­dən dö­nən de­yil,
Eş­qə sa­diq Gül­bə­yaz.

Gül ca­ha­na,
Nə­zər ye­tir, gül ca­ha­na.
Gö­rən­lər hey­ran olur
Gü­lə­rüz­lü Gül­ca­ha­na.

Gül çöh­rə,
Yad­dan çıx­maz gül çöh­rə.
Üze­yir­dən ya­di­gar
Qa­lıb bi­zə Gül­çöh­rə.

Gül ya­za,
Hə­diy­yə­dir gül ya­za.
Se­vib kö­nül aç­dım mən
Şi­rin dil­li Gül­ya­za.

Gül tə­kin,
Ay qız, çöh­rən gül tə­kin.
Mil­li Qəh­rə­man ol­du
Əs­gə­ro­va Gül­tə­kin.

Gül ən­dam,
Dərd bi­lən­di Gü­lən­dam.
Mə­həb­bə­tə be­şik­di
Yar evin­də gü­lən dam.

Gül Ni­sə­ni,
De kim sev­mir Gül­ni­sə­ni?
Öz ət­ri­nə qərq elə­yib
Əlin­də­ki gül Ni­sə­ni.

Yaz gü­lə,
Kö­nül ver­dim Yaz­gü­lə.
Fə­sil də­yi­şən za­man
Qış ağ­la­ya, yaz gü­lə.

Gül bu­ta,
Gül qön­çə­dir, gül bu­ta.
Sə­nə sa­diq yar olar,
Gül ətir­li Gül­bu­ta.

Gül ba­har,
Sa­diq yar­dı Gül­ba­har.
Əbəs ye­rə qəm­lən­mə,
Ye­nə da­nış, gül, Ba­har.

Gül sa­ba­ha,
Töh­fə olur gül sa­ba­ha.
Sa­bah el­çi gə­lə­cək
Eşq ul­du­zu Gül­sa­ba­ha.

Gül Sə­nəm,
Ağıl­lı­dır Gül­sə­nəm.
Yaz gə­lib, gül­lər açıb.
Bir ürək­dən gül, sə­nəm.

Gül ya­na­ğa,
Gül rəng ve­rib gül ya­na­ğa.
Tan­rım, bir də rast gə­ləy­dim
Şi­rin söz­lü Gül­ya­na­ğa.