Mənim mehriban anam

Bayram gəlibdir yenə,
Danışsana, gülsənə,
Hədiyyəmdir gül, sənə,
Mənim mehriban anam.

Sən ali bir varlıqsan,
Can deyirsən bizə, can,
Bu gün kövrəksən yaman,
Mənim mehriban anam.

Hey yuxusuz qalmısan,
Bizə layla çalmısan,
Göydən enmiş bir insan,
Mənim mehriban anam.

5 mart 2008