Mərdlər yurdu

Gələcəyə üzür gəmin,
Bütün dünya olsun əmin.
Bahar-Novruz ünvanlısan,
Ustadındır məmməd Əmin,
Odlar yurdu Azərbaycan!
Mərdlər yurdu Azərbaycan!

Damarımda axan qanım,
Görən gözüm, qəlbim, canım.
Sənin qoşa qanadındır
Qarabağım, Naxçıvanım,
Odlar yurdu Azərbaycan!
Mərdlər yurdu Azərbaycan!

Əlində üç rəngli bayraq,
Namusundur ana torpaq.
İgid oğlun, cəsur qızın
Şöhrətini qoruyacaq.
Odlar yurdu Azərbaycan!
Mərdlər yurdu Azərbaycan!
Sən mənimsən bilsin cahan!

May 1991