Mübarək olsun!

Qardaşım qızı Sevincin toyunda

Toyuzun mübarək, ay Sevinc, Adil,
Həyatda hamıdan xoşbəxt olun siz.
Dolansın fəsillər, qoy ötsün yüz il,
Günəşə bənzəsin təmiz eşqiniz.

Bu alın yazısı, tale qisməti,
Vurun ömrünüzü ğirlikdə başa.
Bayrağa çevirib saf məhəbbəti,
Oğul-qız böyüdün, yaşayın qoşa.

Ay Adil, qoy Sevinc sevincin olsun,
Ay Sevinc, Adilin qədrini bir sən,
Ömrünüz fərəhlə, gülüşlə dolsun,
Xoşbəxtdir ürəkdən sevən, sevilən.