Mümkündür yaşamaq cahanda gözsüz

Mümkündür yaşamaq cahanda gözsüz,
Vətənsiz yaşamaq çətindir, sözsüz.
Vətən insanların görən gözüdür,
Gərək bu hikməti dərk eləyək biz.

Sən qəribsən dostun yoxsa dünda,
Qürbətdə bir kimsə yetməyir dada.
Qəribə bir salam milyona dəyər,
Tanışlar, doğmalar hey düşər yadd.

Baxışından tanıyırlar qəribi,
Qürbət eldə kimlər sorar qəribi?
Dili qısa olur hər yerdə onun,
Kim axtarar,kimlər sorar qəribi?

Doğma Vətən qürbət olmaz heç zaman,
Vətən çıxmaz qəriblərin yadından.
Yurdu candan sevməz qürbət görməyən,
Eldən ayrılarmı el sevər insan?

Dost yolunda boran olar, qar olar,
Həqiq dost dar ayaqda var olar.
Dost dosta xəyanət eləsə əgər,
Kimsə sevməz, el içində xar olar.

Dost sadiq olarsa, söylə mənimdir,
Kədərli anlarda dostları dindir.
Atalar necə də yerində deyib,
Dostların çoxdursa, dünya sənindir.

Sınamasan hər yetənə dost demə,
Məclislərdə sağlığına tost demə.
Əgər sənin ürək dostun deyilsə
Çörək dostlarını heç tərifləmə.