Boylanaraq pəncərədən
Ağacları saya-saya.
Doğma kənddən avtobusla
Evə dönür bu gün Maya.
Dərə boyu uzanır yol,
Görünməyir amma sonu.
Anasına sual verir
Balaca qız yol uzunu.
Gözlərini hey zilləyir
Ulduzlara, göy səmaya.
Sığınaraq anasına
Mışıl-mışıl yatır Maya.
Heç bilməyir evlərinə
Haçan gəlib çatır Maya…