Anaların anasısız,
Ataların anasısız,
Babaların sonasısız –
Mehribansız, ay nənələr,
Tomrislərə tay, nənələr.
Kürəkəni eldən seçər,
Qız nəvəsi gəlin köçər,
Övlad üçün candan keçər,
Yanımcılsız, ay nənələr,
Tomrislərə tay, nənələr.
Nəvələri əzizlərsiz,
Gecələr nağıl deyərsiz,
Siz Nigarsız, siz Həcərsiz,
Qeyrətlisiz, ay nənələr,
Tomrislərə tay, nənələr.
Dünən ana, bu gün nənə,
Qızım, deyər gəlininə,
Vəsf etsək də dönə-dönə,
Yenə azdır, ay nənələr,
Tomrislərə tay, nənələr.
Nə yaxşı ki, sizlər varsız,
Nəvə toyunda oynarsız,
Ağbirçəksiz, saçı qarsız,
Nənələr, ay nənələr,
Tomrislərə tay, nənələr.
18 oktyabr 2001