Nələr çəkdiyimdən xəbərin varmı?
Aşiq bir-birini heç unudarmı?
Yar yarından əl çəkərmi, doyarmı?
Gözlərim yol çəkir, gəlsən nə olar?
Məcnun eyləyibdir həsrətin məni,
Dağlara qaldırar ülfətin məni,
Dünyaya bağlayır söhbətin məni,
Mənimlə danışıb-gülsən nə olar?
Gözləməyir günlər bizi, bəllidi,
Məhəbbətdir ömrün yazı, bəllidi,
Biz pozmarıq əhdimizi, bəllidi,
Sevginin qədrini bilsən nə olar?
Hardasan, ay gülüm, indi sən harda?
Çoxdan qalıb axı, gözüm yollarda.
Bil ki, mənasızdı dövlət də, var da,
Əlinin könlünu alsan nə olar?
29 yanvar 2003