Qəlbinə ki, dəyməmişdim,
Kimdən küsdün, niyə getdin?
Yoxsa ağır söz demişdim,
Kimdən küsdün, niyə getdin?
Mən sənə, sən mənə gərək,
Ayrılığa sinə gərək,
Həsrətinə dözmür ürək,
Kimdən küsdün, niyə getdin?
Evimdə yerin görünür,
Günüm aya, ilə dönür,
Həsrətindən qəlbim dinir,
Kimdən küsdün, niyə getdin?
Əli Vəkildən incimə,
Gəl orta qol sevincimə,
Sirr sözünü yada demə,
Kimdən küsdün, niyə getdin?
20 sentyabr 2000