Olar

Yar yarına qovuşsa, təbiət də şad olar.
Aşiqlərin könlünə qüssə-kədər yad olar.

Əhdə sadiq deyilsə sevən, sevilən insan,
Kim deyir eşq əhlinin damağında dad olar.

Sevgi varsa arada nəyə lazım var-dövlət?
Məhəbbətsiz ürəkdə intizar, fəryad olar.

Layiqsə du dünyada aşiqlər öz əhdinə,
Bir döyünən ürəkdə atəş olar, od olar.

Məhəbbət insanlara adəmdən qalıb, bilin.
Ondan məhrum olanın sevgisi bərbad olar.

Bir vüsalın eşqinə cəfalara dözürük.
Ülvi sevgi, məhəbət sənə qol-qanad olar.

Kim öz sevda bağından gül dərirsə cahanda,
Əli Vəkil, o sevgi həmişə azad olar.

25 iyul 2002
Rusiya, İvanovo şəhəri