Ömrün xoş günü

Çağlayan dənizdi hissim, sevincim,
Bu günün ömrümdə öz yeri vardır.
Ay mənim gövhərim, ay mənim incim,
Eşqinlə yaşayan nə bəxtiyardır.

Zildə köklənibdir könül rübabım,
Dilimdə nəğməyə dönür hər sözüm.
Qalmayıb dözümüm, qalmayıb tabım,
Parlaq günəşimsən, nurlu gündüzüm.

Deyirəm bəlkə də göydən enmisən,
Hamıya hörmətdir varın, dövlətin.
Biri sevinəndə fərəhlənmisən,
Ürəyə dayaqdır saf məhəbbətin.

Səsində şirinlik, səsində hikmət,
Bədxahlıq, xəbislik yaddır qəlbinə.
Mənəvi saflıqdır ən böyük nemət,
Peyğəmbər övladı deyi qoy sən.

Görəsən, ay gülüm, bu günə qədər
Bir kimsə inciyib, küsübmü səndən?
Qəlbinə yol tapmaz qısqanclıq, kədər,
Kim ki, ilham alır gülüşlərindən.

Elə bil verdilər dünyanı mənə,
Xəyalən seyr etdim çölü, çəməni,
Söyləyim hamıya qoy dönə-dönə,
Xoşbəxtəm, kəşf edib tapmışam səni.