Ot dizdən də yuxarı,
Dərələrdə, dağlarda.
Yaydır işləyir hamı
Bərələrdə, bağlarda.
Çıxmır ot biçən maşın,
Sıldırımdır bu yerlər.
Orda kərənti ilə
Əmilər ot biçirlər.
Günəşin işığında
Kərəntilər parlayır.
Rizvan dayanıb bu dəm
Layı, sıranı sayır.
Qolları qüvvətlidir
Kərənti çəkənlərin.
Burda dağlar ucadır,
Burda dərələr dərin.
Rizvan deyir: ay ata,
Kərənti al sən mənə.
Əmilərlə birlikdə
Mən də gəlim biçinə.
11 avqust 1985
Pidsunda