Öyrənib dilim

Səni düşünürəm, səni, sevgilim,
Adına nə yaman öyrənib dilim.

Məni yad eləyib anırsanmı, de?
Bu eşqin oduna yanırsanmı, de?

Hər günün, hər anın qədrini bilək,
Birlikdə şadlanaq, birlikdə gülək.

Biz ötən günləri gəl salaq yada,
Hər insan sevilir, sevir dünyada.

Sevənlər qorusa əhdi, ilqarı,
Heç zaman itirməz onda yar yarı.

Təmiz məhəbbətə söykənib cahan,
Eşq əhli sevgidən verir imtahan.

Sözlərimi söz qanana söylərəm,
Əli Vəkil, yana-yana söylərəm.

27 iyul 2002
Rusiya, İvanovo şəhəri