Vüqar oyuncaqları
Tökübdür dörd yanına.
Kimsə gərək bu anda
Yaxın gəlməsin ona.
Ağ ayıya söyləyir:
– Sən uç Leninqrada,
Çoxlu qar var orada.
Filə üz tutub deyir:
– Sən də get Afrikaya.
Yolun uzaq olsa da
Yetişərsən bir aya.
Pələncə bildirir ki,
Çox qalmazsan havada.
Paytaxtımız gözəldir
Enərsən Moskvada.
Hamını yola salır,
Unutmur qabanı da.
Bu səfərdə gərək o,
Özünü bacarıqlı
Maşinist tək tanıda.
Maşınla yola düşən,
Gəmiylə gedən də var.
Səfərə çıxmayan da,
İmtina edən də var.
Ana səsləyir bu dəm:
– Gecdir, gəl yat, ay Vüqar!