Özgənin atına minən tezə düşər

Özgənin atına minən tezə düşər,
Kədərlənər, ürəyinə iz düşər.
Hər kişinin öz atı, kəhəri gərək,
Piyadalar mənzilə gec yetişər.

Kişi gərək atdan düşə atlana,
Kişi gərək hər əzaba qatlana.
At muraddı, hər atlanan sevinər.
Arxa olar, sirdaş olar at ona.

Bəy, dediyin nədir, bunu anla bir,
Söylə onu bəyənməmək bəs nədir?
Bəy də elə bəydir, adı, sanıyla,
Özgə söhbət, daha özgə səs nədir?

Qohum qohumun ətini yesə də,
Sümüyünü çölə atmaz heç vədə.
Qoy bilsin qədrini qohum qohumun,
Yaxşı qohum heç zaman olmaz gədə.

Cücəni payızda sayarlar axı,
Cücənin dilini bilən var axı?
Cücəni böyütmək asan deyildir,
Cücəni çıxarır toyuqlar, axı.

Deyin, it az idi məgər bərədə?
Gəmi ilə keçib gəldi biri də.
Ağıllı it insanların dostudur,
İtlərdir qoruyan sərhədləri də.

Yox, kişi yalamaz tüpürdüyünü,
Mərd kişi tez açar hər bir düyünü.
Üzü bir, sözü bir olar kişinin,
Mərd yaşayar hər saatı, hər günü.

Vaxtsız gələn qonaq cibindən yeyər,
Dil-ağız eləyib özünü özünü öyər.
Görüb vəziyyəti ev sahibinə,
Əlacsız qalaraq xoş sözlər deyər.

Dar edər qonaq qonağın yerini,
Ev yiyəsi istəməz heç birini.
Onlar qarşılanar hörmət, izzətlə,
Qonaq nağıl edər gördüklərini.

Mərdi qova-qova namərd edərlər,
Onu izləyərlər, onu güdərlər.
Onsuz da namərdlər çoxdur aləmdə,
Ər oğlu ər kimi qalsın qoy ərlər.

13 sentyabr 2002