Özü yıxılan…

Öz yolunu sən özün seç,
Sıldırımlı yollardan keç,
Çeşmələrin gözündən iç,
Özü yıxılan ağlamaz.

Səhv eləmə dünyada sən,
Meydan vermə heç yada sən,
Vallah düşərsən oda sən,
Özü yıxılan ağlamaz.

Gizli tələ quranlar var,
Hey pusquda duranlar var,
Əmrə balta vuranlar var,
Özü yıxılan ağlamaz.

Nə çoxdu can, can deyənlər,
Mən ali insan, deyənlər,
Az deyil qan, qan deyənlər,
Özü yıxılan ağlamaz.

Demə hanı günahkarlar,
İnsanın dostu çox olar,
Əli Vəkil yadda qalar,
Özü yıxılan ağlamaz.

Rusiya, İvanovo şəhəri
10 avqust 2002