Pəncərə gülləri

Pəncərəmin önündə
Açırsız səhər-axşam.
Mən sizə ilk baharın
Töhfəsitək baxmışam.
Daim təzə-tərsiniz
İstər bahar, istər qış.
Çiçəklərsiniz rəngini
Sanki Günəşdən almış.
Zərif ləçəkləriniz
Soyuğa dözməz bir an.
Lazım gəlsə mən sizi
Gizlədib ürəyimdə
Qoruyaram şaxtadan.
Siz bahar gülləri tək
Xoş ətir saçırsınız.
Sanki pəncərəmdə yox,
Qəlbimdə açırsınız.