Pişik

Yaşayıram evlərdə,
Tumarlar gül balalar.
Bir az ala-bulayam,
Pələngə oxşarım var.

Pusuram siçanları,
Bir küncdə duraraq mən.
İlim-ilim itirlər
Onlar mənim səsimdən.