Qantəpər

Axtarmayın siz
Onu hər yerdə.
Qantəpər bitir
Gen dərələrdə,
Biçənəklərdə.

Özü yumrudur,
Çiçəyi sarı.
Yığıb qurudur
Nənəm onları.

Həm də dərmandır,
Bilin, qantəpər.
Gözəl ətri var,
Sizi məst edər.