Qaranquş

Qaranquş, ay qaranquş,
Dimdiyində baharı
Hədiyyə gətir bizə,
Uzaqlaşsın boran, qış.

Qaranquş, ay qaranquş,
Sən yazın müjdəçisi,
Çiçəklərin elçisi,
Bahara vurulan quş.

Qaranquş, ay qaranquş,
Sevirsən insanları,
Unutmursan onları,
Evlərdə qonaq olan,
Evdə yuva quran quş!